Misirdə “Müsəlman qardaşlar” hərəkatının 8 üzvü edam olunacaq

Misirin Damanxur şəhər məhkəməsi (Buheyra əyaləti) “Müsəlman qardaşlar” hərəkatının yerli təşkilatının 8 üzvü barəsində polis şöbəsinə hücum etdiklərinə görə ölüm hökmü çıxarıb. “RİA Novosti”nin verdiyi xəbərə görə, hökm təsdiqlənməsi üçün Misir müftisinə təqdim edilib. İstintaq materiallarına əsasən, müqəssir hesab edilən şəxslər 2015-ci ildə Damanxur şəhər polis şöbəsində hücum edərək bir asayiş keşikçilərindən birini yaralayıblar. Onlar həmçinin partlayıcı qurğu və silahlardan istifadə etməklədigər diversiya xarakterli cinayətlər törətməkdə ittiham olunurlar.Apa

DİGƏR XƏBƏRLƏR

Top