Bu ölkədə niqabla gəzənlər 150 avro cərimələnəcək

Avstriya Parlamenti ölkədə pərəncə və niqabla gəzməyi qadağan edib. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu ilin oktyabr ayından ictimai yerlərdə üzü tam qapalı şəkildə gəzənləri 150 avro miqdarında cərimə gözləyir. Avstriya Prezidenti Aleksandr Van der Bellen bu qərarın əleyhinədir. Onun sözlərinə görə, hər bir qadın necə geyinmək qərarını özü verməlidir. Xatırladaq ki, Avstriya hökuməti martı sonunda ictimai yerlərdə niqab və pərəncə ilə gəzməyi tam qadağan edib.

DİGƏR XƏBƏRLƏR

Top