Türkiyə səfiri davaya görə Dövlət Deparmantinə çağırıldı

Türkiyənin Vaşinqtondakı səfiri Sərdar Kılıç ABŞ Dövlət Deparmantinə çağırılıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı Vaşinqton səfirliyinin iqamətgahı qarşısında türk təhlükəsizlik qüvvələri üzvlərinin də iştirakı ilə baş vermiş dava olub. Dövlət Departamenti hadisə ilə əlaqədar səfir S. Kılıça ABŞ-ın narahatlığını çatdırıb. Departamendən bildiriblər ki, zorakılıq heç vaxt ifadə azadlığının cavabı ola bilməz”. Məsələyə münasibət bildirən amerikalı senator Con Makkeyn isə Türkiyə səfirini ölkədən çıxarmağı təklif edib. Xatırladaq ki, PKK tərəfdarları ilə baş vermiş davada 9 nəfər yaralanıb.

DİGƏR XƏBƏRLƏR

Top