Avropa Parlamenti nümayəndə heyəti Cənubi Qafqaza səfər edəcək

Avropa Parlamenti (AP) Xarici İşlər Komitəsinin sədri David MakAllisterin başçılıq etdiyi nümayəndə heyətinin may ayının 22-də Azərbaycan, Gürcüstan və Ermənistana səfəri planlaşdırılıb. Avropa Ittifaqının Bakıdakı nümayəndəliyi mətbuat xidmətinin rəhbəri Gülnara Bayramovanın "Yeniavaz.com"a verdiyi məlumata görə, səfər çərçivəsində AP nümayəndə heyətinin hər üç respublikanın prezidentləri, parlament sədrləri, həmçinin iqtidar, eləcə də müxalifət partiyalarından olan parlament üzvləri və vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə Avropa Parlamentinin Aİ ilə Ermənistan arasında yeni sazişə dair əldə edilmiş razılığı, Aİ ilə Azərbaycan arasında yeni saziş ətrafında aparılan danışıqların gedişatı, Aİ ilə Gürcüstan arasındakı münasibətlərin dərinləşməsi məsələlələri müzakirə ediləcək.

Cənubi Qafqaza səfəri ərəfəsində AP nümayəndə heyətinin rəhbəri MakAllister mətbuata verdiyi açıqlamasında : "Həmkarlarım və mən Azərbaycan, Gürcüstan və Ermənistana gələn həftə baş tutacaq səfərimizi səbirsizliklə gözləyirik. Bu region Avropa İttifaqı üçün böyük əhəmiyyət kəsb edir və onlar Şərq Tərəfdaşlığı siyasətimizin əsas tərəf müqabilləridir. Bizım bölgədə sülh, təhlükəsizlik və ticarətin təşviq olunması baxımından bir çox maraqlarımız vardır. Bizi bölgədə demokratiya, qanunun aliliyi, insan hüquqlarının təmini daha çox maraqlandırır və bu sahədə tərəflələ əməkdaşlığımızı daha da dərinləşdirməyə çalışırıq,-deyib".

DİGƏR XƏBƏRLƏR

Top