ABŞ-a qarşı sanksiya tətbiq edildi

İran Xarici İşlər Nazirliyi mayın 18-də ABŞ-ın fiziki və hüquqi şəxslərinə qarşı sanksiya təbtiq edildiyini açıqlayıb. “Yeniavaz.com”un “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu, daha əvvəl Vaşinqtonun tətbiq etdiyi sanksiyalara qarşı cavab tədbiridir. Sanksiyalara adları hələ açıqlanmayan 9 amerikalı fiziki şəxs və şirkət məruz qalıb. Sanksiya siyahısı müvafiq orqanlar tərəfindən təsdiq edildikdən sonra dərc ediləcək. Xatırladaq ki, mayın 17-də ABŞ-ın Ədliyyə Nazirliyi İranın raket proqramı və Suriyaya yardım göstərilməsi ilə bağlı 3 fiziki şəxsi və 4 şirkəti sanksiya siyahısına daxil edib. Sansiyaya məruz qalanlar arasında iki iranlı hərbçi də var.

DİGƏR XƏBƏRLƏR

Top