ABŞ-ın qeyri-hökumət təşkilatlarından olan "Jamestown Foundation" araşdırma mərkəzi Rusiyanın Ermənistandakı hərbi fəaliyyətinə həsr edilən məqalə ilə çıxış edib. "Yeniavaz.com" xəbər verir ki, məqalədə Rusiya Xarici işlər naziri Sergey Lavrovun "Mir" telekanalına verdiyi müsahibəsində Gümrüdəki 102 saylı hərbi bazadan İŞİD-ə qarşı istifadə edilə biləcəyini söyləməsinə diqqət cəlb edilir: "Rusiyanın Orta Asiyada hərbi bazası var və orada İŞİD təhlükəsi mövcuddur. Rusiya yeri gələndə Qırğızıstan və Tackistandakı hərbi bazasından terrorçulara qarşı mübarizədə istifadə edə bilər. Ancaq Ermənistanda radikal islamçılar təhlükəsi yoxdur. Ona görə də Lavrovun Ermənistanla bağlı verdiyi açıqlamanı başa düşmək çətindir. Əslində Lavrovun bu açıqlaması Ermənistana yaxşı heç nə vəd etmir. Belə ki, Lavrovun son açıqlaması göstərir ki, Rusiya Ermənistanı islam radikallarının hədəfinə çevirir".