
Volqoqrad hüquq-mühafizə orqanları şəhərin Universitet prospektindəki dördmərtəbəli yaşayış binasında qaz sızması nəticəsində baş verən partlayışın günahkarlarını üzə çıxararaq həbs ediblər. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, hüquq-mühafizə orqanları tərəfindən həbs edilən 3 nəfərdən ikisi ata-oğul Yuri və Yuraslav Babayan, həmçinin Vladimir Leksutkindir. İstintaqın gedişində məlum olub ki, işadamları olan Babayanlar onlara məxsus mağazanın su və kanalizasiya xəttinə qoşulması üçün Vladimir Leksutkinin xidmətindən istifadə etmək istəyiblər. Leksutkin isə bu işləri həyata keçirərkən ehtiyatsızlıq nəticəsində qaz xəttini zədələyib və partlayış baş verib. Nəticədə 4 mərtəbəli binanın böyük hissəsi dağılaraq sıradan çıxıb. Baş verən hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfərdən artıq adam ağır yaralanıb. Yaralananlar arasında iki nəfər erməni də var. Hadisəyə görə, ata və oğul Babayanların uzunmüdddətli həbs cəzasına məhkum ediləcəyi gözlənilir.
Tətbiqimizi yükləyə bilərsiniz