Gürcüstanla Rusiyanı birləşdirəcək yeni tunel inşa edilir

Pis hava şəraiti nəticəsində Daryal keçidinin ilin müxtəlif vaxtlarında nəqliyyatın hərəkəti üçün problemlər yaratması Gürcüstanı onun altından tunel inşa edilməsi barədə hərəkətə keçirib. "Yeniavaz.com"un nevvsgeorgia.ge-yə istinadən verdiyi məlumata görə, yeni tunelin uzunluğu iki kilometr olacaq. Öz növbəsində Gürcüstan avtomobil yolları departamenti yeni inşa ediləcək tunelin Gürcüstanla Rusiya arasında nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinə imkan verəcəyini bildirib. Gürcüstanla Rusiyanı birləşdirəcək yeni tunel 47,2 milyon lariyə (təxminən 20 milyon dollara) başa gələcək. Hazırda tunelin layihəsi üzərində iş başa çatdırılmaq üzrədir. Tunelin inşasını "Peri" tunel tikinti şirkəti həyata keçirəcək. Qeyd edək ki, Gürcüstanı Rusiya ilə birləşdirən Daryal keçidi- Mtsxeta- Stepantsminda-Lars avtomobil yolu yağış, qar, torpaq sürüşmələri nəticəsində ilin çox vaxtı bağlı olur və bu da nəqliyyatın hərəkətində çoxsaylı problemlərə səbəb olur. Nəticədə yolun bağlanması Gürcüstanın hər gün 1 milyon lari(400 min dollar) itirməsinə yol açıb.

DİGƏR XƏBƏRLƏR

Top