Azərbaycanda kasıb insanlar ən çox hansı rayonlarda yaşayırlar - SİYAHI

Bu ilin aprel ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda 587 min 506 nəfər ünvanlı dövlət sosial yardım alır. Bu o deməkdir ki, ölkə əhalisinin (son məlumata görə 9,82 milyon) 5,98%-nin aylıq gəliri onların minimum ehtiyaclarını (116 manat) ödəməyə imkan vermir. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, ünvanlı dövlət sosial yardım alanların 89 min 211 nəfəri Bakı şəhərində yaşayır. Bakıdan sonra ən çox Sumqayıt sakinləri sosial yardım alırlar - 20,1 min nəfər. Bundan başqa Masallıda sosial yardım alanların sayı 20,05 min nəfər, Lənkəranda 19,5 min, Gəncədə 18,99 min, Şəkidə 13,27 min nəfər olub. Sosial yardım alanların sayının az olduğu rayonların ilk sırasında Şahbuz (270 nəfər), Sədərək (401 nəfər), Kəngərli (584 nəfər), Ordubad (633 nəfər) rayonları və Naftalan şəhəri (671 nəfər) dayanır. Digər şəhər və rayonlarda isə sosial yardım alanların sayı aşağıdakı kimi olub:

DİGƏR XƏBƏRLƏR

Top