
Türkiyənin PKK terror təşkilatının Suriya qanadı olan YPG ilə mübarizəni davam etdirəcəyinə, təhlükəyə qarşı reaksiya vermə qaydaları çərçivəsində addımlar atacağına ABŞ tərəfi mənfi yanaşmayıb və anlayışla qarşılayıb. “Yeniavaz.com”un NTV telekanalına istinadən verdiyi məlumata görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri zamanı amerikalı həmkarı Donald Trampla YPG ilə bağlı danışıqlarını şərh edərkən deyib. Onun sözlərinə görə, ABŞ tərəfi YPG daxil heç bir ünsürün Türkiyəyə qarşı təhdid yaratmasına imkan verməyəcəyini bəyan edib: “ABŞ-ın YPG-yə verdiyi ağır silahlardan ancaq Raqqa və cənubunda istifadə ediləcək. Türkiyəyə qarşı istifadə edilməsinə imkan verilməyəcək. PKK-ya qarşı mübarizədə aktiv dəstək verəcəklər. Azad edildikdən sonra Raqqada idarəçiliyin yerli ərəblərə keçəcəyinə dair təminat verdilər”. M. Çavuşoğlu əlavə edib ki, D. Tramp administrasiyası Barak Obama administrasiyasından fərqlidir: “Şəxsən Obama və hərbi idarəçilərin söz vermələrinə baxmayaraq, YPG Münbiçi tərk etmədi. Yeni administrasiyanın daha səmimi olduğunu görürük. Regiondakı səlahiyyətli şəxslər keçmiş administrasiyanın tərəfdarlarıdır. Bunlar yeni administrasiyanı pis vəziyyətə düşürməməlidir. Onlar risk yarada bilərlər, diqqət etmək lazımdır. ABŞ-ın İŞİD terror qruplaşması ilə mübarizə üzrə əlaqələndiricisi Brett Makqurka əvəz tapılmalıdır. O, B. Obamanın döründə bu vəzifəyə gətirilib. B. Makqurk PKK və YPG-ni açıq şəkildə dəstəkləyir. Onun dəyişdirilməsində fayda var. Tramp administasiyasına bu formada çatdırmadıq, ancaq vəzifəsinə davam edən şəxslərin əlaqələrimizə təsir edəcəyini bildirdik”.
Tətbiqimizi yükləyə bilərsiniz