"Ermənistan get-gedə sivil dünyadan təcrid olunur"

Ermənistan parlamenti bir çox komissiyaların fəaliyyyətinə yenidən baxaraq onları ləğv etmək niyyətindədir. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bunu parlamentin deputatı Edmon Marukyan Birinci İnformasiya kanalına müsahibəsində deyib: "10 komissiya və 105 deputat rahat halda parlamentdə fəaliyyət göstərə bilərlər. Millət vəkillərinin sayının azalması isə yalnız iki komissiyanın ləğvi ilə nəticələnə bilər. Amma məni narahat edən ləğv ediləcək komissiyalar arasında insan hüquqları və ictimai məsələlər üzrə komissiyaların da olmasıdır".

Marukyanın sözlərinə görə, insan hüquqları üzrə komissiyanın ləğvinin nəzərdə tutulması əslində beyəlxalq aləmə bir mesajdır ki, guya bizdə bu sahədə hər hansı qanun pozuntusu yoxdur: "Mən bu komissiyanın üzvü olmuşam. Ora məmurlar tərəfindən insanların hüquqlarının pozulması ilə bağlı həddindən artıq çox sayda şikayətlər daxil olurdu və biz bəzən onları oxuyub müzakirəyə çıxarmağa belə vaxt tapa bilmirdik. Ermənistan get-gedə sivil dünyadan təcrid olunur. Bunu Ermənistanı idarə edənlərdən başqa hamı başa düşür. Belə getsə Ermənistanın adı dünyanın ən qeyri-demokratik dövlətləri arasında çəkiləcək".

DİGƏR XƏBƏRLƏR

Top