“Facebook” cərimələndi

Avropa Komissiyası 2014-cü ildə “WhatsaApp” messencerinin alış şərtləri haqqında qəsdən yalan məlumat təqdim etdiyinə görə ”Facebook” şirkətini 110 milyon avro cərimələyib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının yaydığı materiallarda deyilir. Bəyanatda bildirilir ki, “Facebook” iki ayrı qanun pozuntusuna yol verib: “Bunlardan biri şirkətlərin birləşməsi haqqında qeyri-düzgün məlumat təqim edilməsidir. Digəri isə Komissiyanın məlumatın verilməsi barədə sorğusuna cavab olaraq yanlış informasiyanın verilməsidir. Avropa Komissiyası bu pozuntuları ciddi hesab edir, çünki onlar Komissiyanı iki şirkət arasındakı sazişin qiymətləndirilməsi üçün zəruri olan məlumatlardan məhrum edib”.

Xatırladaq ki, Avropa Komissiyası 2016-cı ilin dekabrında “Facebook”a qarşı rəsmi araşdırmaya başlayıb. Şirkət 2014-cü ildə “WhatsaApp”ın alınması üzrə sövdələşmənin öyrənilməsi çərçivəsində məlumat vermişdi ki, “Facebook” və “WhatsaApp” istifadəçilərinin hesablarının avtomatik birləşdirilməsini aparmaq niyyətində deyil, lakin bu, 2016-cı ilin avqustunda həyata keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top