Ermənistanda Avetisyanlar ailəsini öldürmək üstündə uzunmüddətli həbs cəzasına məhkum edilən rusiyalı hərbçi Valeri Permyakov cəzasının qalan hissəsini vətənində çəkəcək. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, bununla bağlı Rusiya və Ermənistan Ədliyyə nazirləri arasında razılıq əldə edilib. Rusiya Valeri Permyakovun həbs cəzasını sona kimi həbsxanada çəkəcəyini və onun əfv edilməyəcəyini vəd edib. Yaxın günlərdə Valeri Permyakovun Rusiyaya ekstradisiyası gözlənilir. Qeyd edək ki, Rusiyanın Gümridəki 102 saylı hərbi bazasının hərbi qulluqçusu Valeri Permyakov qulluq etdiyi hərbi hissəni tərk edərək sərxoş halda Avetisyanlar ailəsinin yaşadığı evə daxil olaraq 7 nəfəri öldürmüşdü.