Fransa hökumətinin yeni tərkibi açıqlandı

Yelisey sarayının baş katibi Aleksi Koler Fransanın yeni hökumətinin tərkibini açıqlayıb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, Lion şəhərinin meri Jerar Kolon Fransanın daxili işlər naziri təyin edilib. Müdafiə naziri vəzifəsinə isə Avropa Parlamentinin deputatı Silvi Qular gətirilib. Sabiq müdafiə naziri Jan-İv Le Drian isə xarici işlər naziri təyin edilib. Bundan başqa, Fransua Bayru ədliyyə naziri, Lora Flessel idman naziriŞ, Brüno Le Mer isə iqtisadiyyat naziri təyin edilib. Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron Baş nazir vəzifəsinə Eduar Filippi təyin edib. Fransanın yeni Nazirlər Kabinetinin ilk iclası mayın 18-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top