Çex şirkətləri Gəncədə işlər görmək istəyir

"Çex şirkətləri Azərbaycanda kənd təsərrüfatı işlərinə, pivə zavodunun açılmasına, avtomobil zavodunun təkmilləşdirilməsinə dəstək ola bilərlər". Bu fikirlər MDB ölkələrinin Ticarət və Sənayə palatasının üzvü Frantişek Masopustun rəhbərlik etdiyi 12 nəfərdən ibarət olan Çex nümayəndə heyətininin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev və şəhərin nümayəndə heyəti ilə görüşdə səsləndirilib. Görüş zamanı Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Elnur Rzayev qonaqlara Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, mədəniyyəti, iqtisadiyyatı, təhsil ocaqları, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Elnur Rzayev Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətin ölkəmizə böyük uğurlar qazandırdığını qonaqların diqqətə çatdırıb.

Çexiyanın Kənd Təsərrüfatı Naziri Lukaş Hercik, Çexiyanın Azərbaycandakı səfirliyinin iqtisadi və ticarət məsələləri üzrə katibi Yan Yindrix, Çexiyanın Azərbaycandakı Ticarət nümayəndəliyi İrjı Lukaş, MDB ölkələrinin Ticarət və Sənayə palatasının üzvü Yana Kordaçova, Bohemia Jihlava şirkətinin sədri Mariya Mrnkova, Mraz Agro CZ şirkətinin nümayəndəsi Vladimir Mraz, EGT Express CZ şirkətinin rəhbəri Petr Mikel, Agromont Vimperk şirkəti başçısı Yaroslav Smola, Export Zəmanət və Siğorta Şirkətinin rəhbəri Yan Dubeç, "Mrakov" Kənd Təsərrüfatı Ticarət birliyinin üzvüləri İrjı Şamberger və Yan Randa görüşdə iştirak ediblər. 10 Çex şirkətinin nümayəndələri ilə Nizami yurduna gəldiklərini bildirən MDB ölkələrinin Ticarət və Sənayə palatasının üzvü Frantişek Masopust qeyd edib ki, onlar qarşılıqlı əməkdaşlıq etməyə hər an hazırdılar. İki ölkə arasında digər sahələr üzrə əməkdaşlıqda da maraqlı olduqlarını bildirən Çexiya olan nümayəndə heyəti bu əlaqələrin reallığa çevriləcəyinə ümid etdiklərini xüsusi vurğulayıblar. Qeyd edək ki, görüşdən sonra "Ramada" Plaza oteldə Gəncədən və Çexiyadan olan sahibkarların iştirakı ilə "Biznes Forum" təşkil olunub.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top