Putin Tramp-Lavrov görüşü ətrafında yaranmış qalmaqalı şərh etdi

Vaşinqton arzu etsə, Moskva ABŞ Prezidenti Donald Tramp və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında keçirilmiş danışıqların yazısını Birləşmiş Ştatların Senatına və Konqresinə təqdim etməyə hazırdır. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putin İtaliyanın Baş naziri Paolo Centiloni ilə danışıqların yekunu üzrə keçirilən mətbuat konfransında deyib. V. Putin S.Lavrov və D. Tramp arasında görüşün nəticələrini yüksək qiymətləndirib. O, guya ABŞ Prezidentinin S.Lavrova xüsusi məxfi məlumatları çatdırması barədə yaranmış qalmaqalı da şərh edib. Rusiya liderinin fikrincə, ABŞ-da siyasi şizofreniya inkişaf edir: “Mən Lavrova hansısa sirləri verdiyinə görə indiki prezidentə qarşı ittihamları başqa cür izah edə bilmərəm”. Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov diqqətə çatdırıb ki, D. Tramp-S. Lavrov görüşü zamanı audioyazı aparılmayıb, yalnız stenoqramma mövcuddur.

Xatırladaq ki, “The Washington Post” qəzeti iddia etmişdi ki, D. Trampın rusiyalı nazirə verdiyi məxfi məlumatlar İŞİD terror təşkilatındakı çox vacib kəşfiyyat mənbəyini risk altına qoya bilər. D. Tramp isə bəyan edib ki, Moskva ilə məlumatları bölüşməyə tam haqqı olub.

DİGƏR XƏBƏRLƏR

Top