Boksçumuz Teymur Məmmədov finalda

IV İslam Həmrəyliyi Oyunlarında finala yüksələn boksçularımızın sayı 2-yə çatıb. Kamran Şahsuvarlının (75 kq) ardınca Teymur Məmmədov (91 kq) da həlledici döyüşə vəsiqə qazanıb. O, yarımfinalda suriyalı Eldin Qoussunu məğlub edib. İlk raundda rəqibini nokdauna da salan Olimpiya mükafatçımız yekunda 4:1 hesablı qələbə qazanıb. Məmmədov sabah təşkil olunacaq finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq.

İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top