İtaliyada villanı pulsuz almaq olar

İtaliya ölkənin turizm potensialını artırmaq məqsədi ilə 103 tarixi binayı ödənişsiz paylamaq qərarına gəlib. “Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu barədə İtaliya Dövlət Əmlak Agentliyinin nümayəndəsi Roberto Reqqi deyib. Onun sözlərinə görə, XI əsrə aid olan qəsr, ferma, monastır və villalara sahib olmaq üçün müəyyən şərtləri yerinə yetirmək və öhdəlikləri üzərinə götürmək lazımdır. Binaları pulsuz almaq üçün onları orijinallığına toxunmadan restavrasiya etmək, həmçinin turistlərin diqqətini cəlb etmək üçün binaları otel, restoran və SPA mərkəzinə çevirmək tələb olunur. Binaları 18-40 yaşı arası vətəndaşlar pulsuz ala bilərlər. Bu məqsədlə 2017-ci il iyunun 26-dək müvafiq qurumlara müraciət etmək olar.

DİGƏR XƏBƏRLƏR

Top