Tramp: “Gürcüstandakı demokratiya və müstəqillik dünyaya nümunədır“

ABŞ prezidenti Donald Tramp Gürcüstandakı demokratiya və müstəqilliyi təqdir etdiyini və bunun dünyanın bir çox ölkələri üçün nümunə olduğunu söyləyib. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, Donald Tramp iki ölkə arasındakı diplomatik əlaqələrin qurulmasının 25 illiyi ilə bağlı gürcü həmkarı Maqvelaşvılıyə göndərdiyi məktubunda Tbilisi-Vaşinqton münasibətlərinin ötən müddət ərzində sürətlə inkişaf etdiyini bildirib: "Mən Gürcüstan xalqının demokratik dəyərlərə sadiq olmasını yüksək dəyərləndirirəm və xalqlarımız arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdirilməsindən məmnunam. Belə hesab edirəm ki, biz bir yerdə bəşəri dəyərlərin qorunub saxlanımasında, dünyamızı gözləyən təhlükələrə qarşı, o cümlədən terrorla mübarizədə həmişə bir yerdə olacağıq. ABŞ Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və onun haqq işini müdafiə edir. Biz həmişə Gürcüstanın yanında olacağıq".

DİGƏR XƏBƏRLƏR

Top