Mingəçevir Belarusun Polots şəhəri ilə əməkdaşlığı genişləndirir - FOTO

Belarusun Polotsk şəhərinin işgüzar nümayəndə heyəti Mingəçevirdə işgüzar səfərdə olublar. "Yeniavaz.com" xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov işgüzar nümayəndə heyəti ilə görüşüb. Səfərin əsas məqsədi qardaşlaşmış şəhərlər olan Mingəçevirlə Polotsk arasında əlaqələri daha da inkişaf etdirməkdir. Bu baxımdan qonaqlar Mingəçevirdəki "Şüşə Lifi" ASC zavodu ilə yaxından maraqlanıblar. Görüşdə bu barədə bir sıra məsələlərə aydınlıq gətirilib. N. Bayramov son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən qlobal sosial-iqtisadi layihələr haqqında ətraflı məlumat verib. Azərbaycanda bir çox sahələrlə yanaşı, regionların inkişafına xüsusi diqqət ayrıldığını diqqətə çatdıran icra başçısı, bu istiqamətdə Mingəçevir şəhərində həyata keçirilən yenidənqurma və köklü islahatlardan da danışıb.

Polosk şüşə zavodunun rəsmisi Bliznev Roman Petrovic deyib ki, təmsil etdiyi müəssisə 1958-ci ildə şəhərin mərkəzində tikilib: "1982-ci ildən bu zavodu yenidən qurduq və yeni avadanlıqlar alındı. İnanıram ki, Mingəçevirlə bu sahədə atılan addım hər iki ölkənin müəyyən sahələrdə əməkdaşlığının inkişafında mühüm rol oynayacaq və yeni iş yerlərinin açılmasına bir təkan olacaq". Səfər çərçivəsində qonaqlar Şüşə zavodu ilə yaxından tanış olublar. Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top