Bu gün Ermənistanın yanacaq-energetika bazarı inkişaf etməsi ilə diqqəti cəlb edir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bunu jurnalistlərlə söhbətində ABŞ-ın Ermənistandakı səfiri Riçard Mills deyib: "Ermənstanda hazırda həm ənənəvi, həm də bərpa edilən enerjidən istifadə edilir və bu sahədə yerli bazarın imkanları da böyükdür".
Səfir ABŞ-lı iş adamlarının xüsusi ilə bərpa edilən enerji sahəsində Ermənistanla qarşılıqlı maraqların təmini şərti ilə əməkdaşlığı genişləndirə biləcəklərini vurğulayıb. Amma səfir bunun üçün Ermənistanın xarici iş adamlarının maraqlarının təmin edilməsi üçün öz qanunlarını beynəlxalq hüquq normalarına uyğunlaşdırmasının vacibliyini vurğulayıb: " Ermənistan hökuməti ölkəyə xarci sərmayə qoyulması üçün öz bazarını cəlbedici etməli,bura sərmayə qoyacaq iş adamlarina güzəştlər verməli, sərmayəçilərin hüquqlarıı müdafiə etməyi bacarmalıdır. Əks halda xarici iş adamları Ermənistana sərmayə qoymaqda maraqlı olmayacaqlar.