700 bal toplayan abituriyentlər Bakı Mühəndislik Universitetində olublar

Dövlət İmtahan Mərkəzinin keçirdiyi qəbul imtahanında 700 bal toplamış Xalidə Əliyeva, Elmir Əhmədov, Mahirə Əsədzadə, Eldar Əfəndiyev, Nemət Yusifov, Səbinə İsmayılova, Cavad Əliyev və Arzu Məmmədzadə Bakı Mühəndislik Universitetində olublar.

"Yeniavaz.com" xəbər verir ki, universitetin rektoru, professor Havar Məmmədov həmin abituriyentlər və onların valideynləri ilə görüş keçirib. Rektor Havar Məmmədov, BMU-da olan mühəndislik və iqtisadiyyat üzrə ixtisaslar və bu ixtisaslar üzrə yüksək səviyyəli kadr hazırlığı üçün universitetin maddi-texniki bazası və akademik heyəti haqqında məlumat verib. Qeyd edib ki, universitetdə tələbələrə yüksək səviyyəli tədris verməklə yanaşı müasir dizaynda hazırlanmış yataqxana ilə təmin olunub və asudə vaxtlarının səmərəli keçirmələri üçün şərait yaradılıb. Tələbələrə yaradımış şəraitin nəticəsidir ki, onlar olimpiadalarda, bədii öz fəaliyyət festivallarında fəxri kürsünün ən yüksək pillələrinə qalxırlar. Rektor BMU-nun orta məktəblərlə olan əlaqələrindən, xüsusən Zərifə Əliyeva adına liseylə bağlanmış müqaviləyə əsasən görülən işlərdən danışıb.

Valideynlərdən Məhəbbət Əsədzadə bir övladının BMU-da təhsil aldığını, universitetin onun övladının formalaşmasındakı rolunu yüksək qiymətləndirib və minnətdarlığını bildirib.

Sonda qonaqlar universitetin kitabxanası, laboratoriyaları və yataqxanası ilə tanış olublar. Gördükləri şəraitə heyran olduqlarını və dəvət üçün universitetin rəhbərliyinə təşəkkürlərini bildiriblər.

DİGƏR XƏBƏRLƏR

Top