Boks yığmamızın ilk medalının əyarı bilinib

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında yarımfinal mərhələsinə start verilib. Bu mərhələdə Azərbaycan millisinin heyətində ilk olaraq rinqə Tayfur Əliyev çıxıb. 56 kq çəki dərəcəsində mübarizə aparan 20 yaşlı idmançı özbəkistanlı Abdulxay Şaraxmatovla döyüşüb. 1/4 finalda Taoufik Kaçfini asanlıqla mübarizədən kənarlaşdıran Əliyev bu dəfə eyni uğuru təkrarlaya bilməyib. O, rinqdən 0:5 hesablı məğlubiyyətlə ayrılıb. Nəticədə Əliyev İslamiadanı bürünc medalla başa vurub.

DİGƏR XƏBƏRLƏR

Top