Polşa qaçqın qəbul etməkdən imtina edir

Polşa Avropa İttifaqına (Aİ) can atan miqrantları qəbul etməyə heç vaxt razı olmayacaq və buna görə cəza almağa hazırdır. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Polşanın daxili işlər naziri Mariuş Blaşak deyib. O bildirib: “Biz Avropanın qərbində baş verənləri, terror aktlarını xatırlayırıq. Hər şeyin hazırda çoxsaylı olan azsaylı müsəlman qrupları ilə başladığını xatırlayırıq”. Nazirin sözlərinə görə, Polşa üçün qaçqınları qəbul etməyin cəzalanmanın nəticəsindən daha pis olacağını əmininliklə demək olar. Söhbət Yunanıstan və İtaliyadakı düşərgələrdə yaşayan Yaxın Şərq və Şimali Afrikadan olan qaçqınlardan gedir. 2015-ci ilin sentyabrında Polşa və Macarıstanın 120 min miqrant qəbul etməsinə dair qərar qəbul edilib.

DİGƏR XƏBƏRLƏR

Top