Ət, süd və yumurta istehsalı artıb

Bu may ayının 1-nə kimi 334,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, bu dövrdə 43,6 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,2 min hektarı dən üçün qarğıdalı), 55,2 min hektar sahədə kartof, 44,9 min hektar sahədə tərəvəz, 15,9 min hektar sahədə bostan bitkiləri, 11,4 min hektar sahədə şəkər çuğunduru, 9,6 min hektar sahədə dən üçün günəbaxan, 1,5 hektar sahədə tütün, 107,5 min hektar sahədə pambıq, 38,8 min hektar sahədə çoxillik otlar, 1,3 min hektar sahədə birillik otlar və 4,8 min hektar sahədə sair yazlıq bitkilər əkilib. Keçən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-aprel aylarında diri çəkidə ət istehsalı 3 faiz artaraq 155,5 min ton, süd istehsalı 1,3 faiz artaraq 630,7 min ton, yumurta istehsalı 6,5 faiz artaraq 578,1 milyon ədəd, yun istehsalı isə 40,9 faiz azalaraq 1720 ton olub. İlin əvvəlindən may ayının 1-dək 9,9 min ton və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,6 min ton çox kartof və 70,9 min ton və ya 11,8 min ton çox tərəvəz toplanıb. 2016-cı ilin yanvar-aprel ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 3,2 faiz, o cümlədən bitkiçilik məhsulları istehsalı 15,8 faiz, heyvandarlıq məhsulları istehsalı isə 2,6 faiz artıb.

DİGƏR XƏBƏRLƏR

Top