Sabaha olan hava proqnozu açıqlandı

Mayın 18-də Bakı və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. ETSN-dən verilən məlumata görə, havanın temperaturunun gecə 12-15° isti, gündüz 20-25° isti, Bakıda gecə 13-15° isti, gündüz 22-24° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 70-80 %, gündüz 50-55% təşkil edəcək. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Lakin axşam bəzi qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top