ABŞ-da ehtiyatların artması nefti ucuzlaşdırıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar və ya 0,95% azalaraq 48,20 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,41 dollar və ya 0,79% azalaraq 51,24 dollar olub. Neftin ucuzlaşmasına Amerika Neft İnstitutunun ABŞ-da neft ehtiyatlarının 0,88 mln. barel artaraq 523,4 mln. barelə qədər yüksəlməsi ilə bağlı məlumatları açıqlaması səbəb olub.

DİGƏR XƏBƏRLƏR

Top