"Bakcell"in avtomobili ağaca çırpılıb, 1 nəfər yaralanıb

Zaqatala rayonu ərazisində "Bakcell Ltd" MMC-yə məxsus "Nissan" markalı minik avtomobili idarəetməni itirib və yolun kənarındakı ağaca çırpılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) saytının xəbərinə görə, dərhal FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq, sıxılmış vəziyyətdə qalmış sərnişini avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top