“WhatsApp”dan gələn bu linkə qətiyyən daxil olmayın!

“WhatsApp” messenceri vasitəsilə göndərilən bir link istifadəçilərin təhlükəsizliyini təhdid edir. “Yeniavaz.com”un Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, bu link son dövrlər şəxsi məlumatların qorunmasına zərər verə bilər. Bir mesaj vasitəsilə göndərilən link ilk baxışdan “WhatsApp”ın öz saytına yönləndirəcəyi düşünülür. Əslində isə kiril əlifbası ilə yazılan “WhatsApp.com” linkinə daxil olarkən “WhatsApp”ı yeniləmək əvəzinə onunla heç bir əlaqəsi olmayan sayta yönləndirilirsiniz. Həmin sayt “WhatsApp”ı istədiyiniz rənglərdə istifidə edə biləcəyinizi iddia etsə də, linki diqqətlə yoxlayanda saxta ünvanın kiril əlifbası ilə yazıldığını görmək mümkündür.

DİGƏR XƏBƏRLƏR

Top