Beynəlxalq Bankın zərəri 10 illik təhsil büdcəmizə bərabərdir

"Beynəlxalq Bankın İH sədri bugünkü media açıqlamasında deyib ki, bankın borclarının restrukturizasiyasının müştərilərə təsiri yoxdu. Çox doğru deyir. Amma bu gün müzakirə mövzusu istər 1-ci mərhələdə 10 mlrd. manat həcmində problemli aktivləri, istərsə 2-ci mərhələdə 5 mlrd. manat ekvivalentində xarici öhdəliyin hökumətin üzərinə götürməsindən müştərilərin nə və hansı miqyasda zərər görə biləcəyi deyil". "Yeniavaz.com" xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Rövşən Ağayev bildirib. Ekspert qeyd edib ki, hər kəs arxayın ola bilər ki, 32 mlrd. USD xarici valyutada ehtiyat aktivi olan hökumətin arxasında durduğu dövlət bankından müştəri olaraq insanlar zərər görməyəcək: "Bu gün müzakirə olunan mövzu bizim müştəri kimi yox, vətəndaş kimi itirdiklərimizdir. 15 mlrd. manat dövlət dəstəyi bizim indiki ölçülərlə 10 illik təhsil büdcəmizdir. Biznes adamları 15 mlrd. mantla indiki normativlə (minimum 50 mln. manat nizamnamə kapitalı) 30 yeni bank təsis edə bilərdi... Bir də bank rəhbəri çox optimistdi - ümid edir ki, problemlıi aktivlərlə və öhdəliklərdən azad olan bankın bir qayğısı olacaq - o da inkişaf haqda düşünmək. Bank yalnız inkişafda olan iqtisadiyyatın bazasında inkişaf edə bilər. Biznes yalnız o zaman inkişaf edir ki, müştərisi - özü də tədiyyə qabiliyyətli tələblə təmin olunan müştəri kontingenti olur. Təsəvvür edin, məhsul istehsalına sərmayə qoymusunuz, bahalı texnologiyalara milyonlar yatırmısınız, amma məhsulunuzu sata bilmirsiniz, necə inkişaf edəcəksiniz? Bankın da əsas məhsulu puludu - kimə satacaq o pulu? Rəqabət mühiti, rəqabət və ixrac qabiliyyətli məhsulu olmayan, daxili tələb məhdudluğundan əziyyət çəkən iqtisadiyyat bu bankı necə ayaq üstə qoyacaq, böyüdəcək. İbrətamiz misal ölkənin ən inkişaf etmiş 2-3 bankından biri olan Paşabankdır. 3.3 mlrd. manat aktivi var, amma bu qədər aktivin cəmi 25%-ni müştərilərə kredit kimi verib. Şübhə yoxdur ki, biznesin riski çox aşağı, krediti istehlak qabiliyyəti və rəqabətli məhsulun (xidmətin) timsalında əlavə dəyər yaratmaq potensialı yüksək olsa idi, bu bankın da aktivlərinin ən azı 60-70%-i kreditləşməyə yönəlmişdi".

DİGƏR XƏBƏRLƏR

Top