Sederfelt Bakı və Yerevanı danışıqları bərpa etməyə çağırır

İsveçdən olan ATƏT Parlament Assambleyasının deputatı Marqeret Sederfelt Minsk qrupunu Qarabağ münaqişəsinin sülh yolu ilə həllini tezləşdirməyə çağırıb. "Yeniavaz.com"un İnterfaks agentliyinə istinadən verdiyi məlumata görə, Sederfelt münaqişənin həllinin bölgədə müharibə risqini aradan qaldıracağını və bunun qarşıduran tərəflərin iqtisadi və siyasi inkişafına təkan verəcəyini vurğulayıb: "Biz münaqişənin həllində hər hansı irəliləyişin olmamasından təəssüflənirik. Qoşunların təmas xəttindəki gərginliyi aradan qaldırmaq və yeni toqquşmalarrın qarşısını almaq üçün tərəflər danışıqları bərpa etməlidirlər. Biz bütün bunları nəzərə alaraq münaqişədə olan tərəfləri sülh danışıqları üçün bir araya gəlməyə çağırırıq".

Qeyd edək ki, bu ilin iyul ayının 5-də Minskdə ATƏT Parlament Assambleyasının sessiyası keçiriləcək. 4 gün davam edəcək sessiyada Marqaret Sederfelt "ATƏT məkanında sülh və tərəqqi naminə əməkdaşlıq və qarşılıqlı etimadın artırılması barədə" hesabatla çıxış edəcək və toplantı iştirakçılarına müvafiq qətnamə layihəsini təqdim edəcək. Hesabatda və qətnamə layihəsində Dağlıq Qarabağ münaqişəsinin həllinə də xüsusi diqqət ayrılacağı gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top