Abaşidze və Karasın Praqada görüşəcəklər

Rusiya Xarici işlər nazirinin rəsmi nümayəndəsi Qriqori Karasinlə Gürcüstan Baş nazirinin təmsilçisi Zurab Abaşidze arasında məsləhətləşmələr davam etdiriləcək. "Yeniavaz.com"un vestikavkaza.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Zurab Abaşidze deyib. Onun sözlərinə görə, görüşdən məqsəd son vaxtlar iki ölkə arasında əmələ gələn bəzi problemləri müzakirə etmək və tərəflərin mövqelərinin bir-birlərinə çatdırılmasıdır: "Karasinlə görüşümüz bu ilin iyun ayında Praqada nəzərdə tutulub. Ancaq görüşün iyun ayının neçəsində olacağı ilə bağlı dəqiq vaxt hələlik müəyyənləşdirilməyib. Ola bilsin ki, görüş iyunun ikinci yarısından sonra baş tutsun".

Xatırladaq ki, Karasinlə Abaşidze arasındakı görüşlərdə adətən humanitar və iqtisadi vəziyyət müzakirə edilir. Bununla belə müzakirələr zamanı regiondakı hərbi, siyasi vəziyyət barəsində də fikir mübadiləsinə baş vurulur .

DİGƏR XƏBƏRLƏR

Top