Tramp Rusiyaya hansı məlumatları ötürdüyünü açıqladı

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, dövlət başçısı kimi Rusiya ilə məlumat paylaşmağa tam haqqı var. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bu barədə D. Tramp “Tvitter” səhifəsində yazıb. O əlavə edib ki, Rusiya nümayəndələrinə təqdim etdiyi məlumatlar terrorçuluqla, o cümlədən İŞİD terror təşkilatına qarşı mübarizəyə yardım edəcək: “Prezident kimi Ağ evdə görüşdə Rusiya ilə faktlarla bölüşmək istədim. Bu faktlar terrorçuluqla və aviauçuşların təhlükəsizliyi ilə bağlı olub. Mən, həmçinin istəyirəm ki, Rusiya İŞİD və terrorçuluqla mübarizəni xeyli aktivləşdirsin”.

Bununla da D. Tramp ABŞ mətbuatının Rusiya xarici işlər naziri Sergey Lavrov və Rusiyanın Vaşinqtondakı səfiri Sergey Kislyakla görüş zamanı özünün onlara ABŞ-ın Suriyadakı terrorçular barədə kəşfiyyat məlimatları verməsi haqqında informasiyasını şərh edib. Xatırladaq ki, ABŞ Prezidenti S. Lavrovla mayın 10-da görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top