Ermənistanda AB tərəfindən ayrılan 409 milyon dram mənimsənilib

Ermənistanda AB tərəfindən ayrılan və fırıldaq yolu ilə mənimsənilən qrantın həcmi məlum olub. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, baş verən mənimsəmə işini araşdıran Ermənistan istintaq qrupunun sədri Sona Truzyan AB-nin qrant proqramı üzrə Yerevandakı koordinatoru Marina Papyan və əlaltıları tərəfindən 409 milyon dramın fıırldaq yolu ilə mənimsənildiyini bildirib. Onun sözlərinə görə, hazırda AB qrantlarının mənimsənilməsində iştirak edən digər şəxslərin də kimliyi araşdırılır: "İstintaq nəticəsində fıırldaq yolu ilə mənimsənilən qrantın həcminin 409 milyon dramdan çox olacağını düşünürük. Bu mənimsəmə olduqca mürəkkəb olan fırıldaq yolu ilə həyata keçirilib. Hazırda istintaq davam edir. İstintaqın gedişində yeni həbslərin ola biləcəyini istisna etmirəm".

Xatırladaq ki, AB-nin qrantlarını mənimsəməyə görə 13 nəfərə qarşı cinayət işi qaldırılıb. Onlardan 10 nəfəri həbs edilib, 3 nəfər isə qaçıb gizlənə bilib.

DİGƏR XƏBƏRLƏR

Top