
ABŞ prezidenti seçkilərində Demokratlar Partiyasının namizədi olmuş Hillari Klinton Donald Trampa uduzduqdan bir neçə ay sonra yenidən siyasətə qayıdır. “Yeniavaz.com”un “Yeni Şafak” qəzetinə istinadən verdiyi məlumata görə, H. Klinton “Tvitter” səhifəsində “Birlikdə irəli” adlı yeni siyasi təşkilat qurduğunu bəyan edib. Seçkilərdə D. Trampa məğlub olduqdan sonra vaxtını Nyu-Yorkda Brodvey şoularını izləmək və yürüyüşə çıxmaqla keçirən keçmiş dövlət katibi və sabiq birinci xanım H. Klinton yeni qurduğu siyasi təşkilatla siyasi arenaya qayıdır. O bildirib: “İnsanları siyasətə qoşulmaları, mütəşəkkil olmaları və hətta prezidentliyə namizəd olmaları məsələsində təşviq etmk üçün “Birlikdə irəli”yə strat veririk”.
Tətbiqimizi yükləyə bilərsiniz