ADAU-da növbəti məzun yarmarkası olub

Azərbaycan Dövlət Aqrar Universitetində artıq 9-cu məzun yarmarkası keçirilib. Məzunların işlə təminatında bu yarmarkaların mühüm əhəmiyyət daşıdığı dəfələrlə təsdiqini tapıb. Universitetdə növbəti, 9-cu "Məzun 2017" yarmarkasında respublikanın 35 şəhər, rayonundan 129 müəssisə və şirkət iştirak edib, 910 vakant iş yeri məzunlara təklif

olunub. Məlumat üçün bildirək ki, bu il universitetdən bakalavriat pilləsi üzrə əyani təhsil formasında 880, qiyabi isə 269 nəfər tələbənin məzun olacağı gözlənilir. Aqranomluqdan 50, Aqrotexnologiyadan 143, Baytarlıq təbabəti və zoomühəndislikdən 118, Mühəndislikdən 230, Aqrar iqtisadiyyatdan 174, Aqrobiznes və idarəetmədən 165 məzun vakant yerləri tutmaq üçün yarmarkada iştirak edib. Bununla yanaşı, qiyabi təhsil formasını bitirən, eləcə də əvvəlki illərdə məzun olanlar da yarmarkaya iştirak edib. Məzun yarmarkasında Kənd Təsərrüfatı nazirliyinin elm və təhsil şöbəsinin müdiri Namiq Məmmədov, təhsil üzrə ekspert Əjdər Ağayev, ADAU-nun rektoru, professor, AMEA-nın müxbir üzvü İbrahim Cəfərov, şirkət və fermer təsərrüfatlarının rəhbərləri, məzun və hazırda

oxuyan tələbələr çıxış edib, aqrar sahəyə dövlət qayğısından, bu möhtəşəm tədbirin əhəmiyyətindən, təhsil müəssisəsində yaradılan şəraitdən danışıblar, məzunlara uğur arzulayıblar. Yarmarkada Qrand Motors MMC, Azərsun Holdinq, Gilan Holdinq, Nurgün Aqro MMC, Vətən

AZ, AzRus Dostluq, Hacıqabul Quşçuluq, Şəmkir Aqropark, ümimilikdə 129 müəssisə və şirkət iştirak edib və əksəriyyət qurumlar iş təklifi ilə gəlib.

Yarmarkada iştirak edənlər, eyni zamanda, universitetdə yaradılan maddi-texniki baza, o cümlədən yeni tələbə yataqxanası, quşçuluq tədris mərkəzi, bildirçin yetişdirilməsi üzrə tədris təcrübə təsərrüfatı, qapalı və açıq balıqyetişdirmə laboratoriyası, müasir istixana kompleksi və

digər obyektlərlə tanış olublar.

Vüqar Nəbiyev, Gəncə

DİGƏR XƏBƏRLƏR

Top