Astrid Panosyan Fransanın əmək naziri ola bilər

Fransanın yeni prezidenti Makron hökumətində erməniəslilli qadın Astrid Panosyanın nazir postuna təyin ediləcəyi gözlənilir. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, hazırda yeni təşkil ediləcək nazirlər kabinetində əmək naziri vəzifəsinə təyin edilməsilə bağlı Astrid Panosyanın namizədliyi müzakirə edilir. Onun adı nazir postundan əlavə baş nazirin xüsusi köməkçisi və nazirlər kabinetində yüksək şöbələrdən birinin rəhbəri təyin edilməsində də hallandırılır.

Xatırladaq ki, Astrid Panosyan Parisdəki Ali Kommersiya məktəbini, həmçinin Paris Siyasi Araşdırmalar İnstitunu bitirib. Bundan əlavə o Harvard universitetini idarə etmə ixtisası üzrə bitirərək magistr elmi dərəcəsi alıb. Panosyan AT Kearney konsaltinq kompaniyasında məsləhətçi, həmçinin Fransanın "Groupama" sığorta kompaniyasının baş katibi vəzifəsində çalışıb. O 2015-ci ildən daşınmaz əmlak bazarı üzrə"Unibail- Rodamco" fransız-niderland birgə kompaniyasının direktorudur.

DİGƏR XƏBƏRLƏR

Top