Türkiyə daha bir beynəlxalq təşkilata üzv olmaq istəyir

Türkiyə və Monqolustan Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) qoşulmaq istəyirlər. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən vediyi məlumata görə, bunu Filippin Prezidenti Rodriqo Duterte deyib. Onun sözlərinə görə, bu təşəbbüsü dətəkləmək niyyətindədir. R. Duterte Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Monqolustanın Baş naziri Jarqaltulqın Erdenebatla Pekində keçirilmiş “Bir kəmər-bir yol” strategiyası çərçivəsində beynəlxalq əməkdaşlıq forumunda görüşüb. R. Duterte qeyd edib ki, görüş zamanı ölkə liderləri təşkilata qoşulmaq niyyətlərini ona bildiriblər: “Onlar ASEAN-a qoşulmaq istəyirlər, Filippin təşkilatda sədrlik etdiyinə görə təşəbbüslərini dəstəkləməmi istədilər. Mən isə “Bəli, niyə də yox” dedim”. Qeyd edək ki, ASEAN-a Bruney, Vyetnam, İndoneziya, Kamboca, Laos, Malayziya, Myanma, Sinqapur, Tailand və Filippin daxildir.

DİGƏR XƏBƏRLƏR

Top