Rusiya Gürcüstana pul köçürmələrinin həcminə görə liderdir

4 ay ərzində müxtəlif ölkələrdən Gürcüstana 395,9 milyon dollar göndərilib. Bu ötən ilin analoji dövrü ilə müqayisədə 19,2 faiz çoxdur. "Yeniavaz.com"un sputnik-georgiya.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə Gürcüstan Milli Bankının saytında yayılan məlumatda deyilir. Bu ilin aprel ayında isə Gürcüstana Rusiyadan 35,4 milyon dollar pul köçürülüb. Ümumiyyətlə Gürcüstana xaricdən pul köçürmələrinin 33,4 faizi Rusiyanın payına düşür.

Cari ilin yanvar-aprel aylarında isə Rusiyadan Gürcüstana pul köçürmlərinin həcmi 22,5 faiz artaraq ötən ilin analoji dövrü illə müqayisədə (106,5 milyon dollar) çox olub. Bu ilin ilk 4 ayı ərzində Gürcüstana Rusiyadan 130,5 milyon dollar göndərilib. 2017-ci ilin aprel ayında dünyanın müxtəlif ölkələrindən Gürcüstana 105,8 milyon dollar pul köçürülüb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 11,6 faiz çox deməkdir.

DİGƏR XƏBƏRLƏR

Top