İslamiada: Daha bir boksçumuz yarımfinala yüksəlib

IV İslam Həmrəyliyi Oyunlarında yarımfinala yüksələn boksçularımızın sayı 6-ya çatıb. "Yeniavaz.com" xəbər verir ki, bu uğura 81 kq çəki dərəcəsində mübarizə aparan Rauf Rəhimov da imza atıb. İlk döyüşündə Hafidz Adli Mohdu (Malayziya) yarışdan kənarlaşdıran təmsilçimiz 1/4 finalda pakistanlı Əli Xanı sınağa çəkib. Görüş 5:0 hesabı ilə Rəhimovun xeyrinə başa çatıb. O, yarımfinal qarşılaşmasına sabah çıxacaq. Rəhimov Abdelrəhman Abdelqəvvədlə (Misir) gücünü yoxlayacaq.

Qeyd edək ki, Raufadək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Tamerlan Abdullayev (69 kq), Teymur Məmmədov (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) 1/4 final səddini uğurla keçib.

İlkin Əmirov

DİGƏR XƏBƏRLƏR

Top