Çexiyada erməniəsilli rusiyalı biznesmen həbs edilib

Çexiyanın Karlovı-Varı şəhərində qanuni oğruların növbəti "tacqoyma" mərasimi keçirilib. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, mərasimdə Rusiyanın tanınmış iş adamlarından biri olan erməniəsilli Ruben Tatulyan da iştirak edib. Amma bundan xəbər tutan Çexiyanın hüquq-mühafizə orqanları dərhal mərasim iştirakçılarını həbs ediblər. Həbs edilənlər arasında olan Ruben Tatulyanın həm Rusiya, həm də Ermənistanın diplomatik pasportlarına malik olduğu məlum olub. Ruben Tatulyan Çexiyaya Ermənistan Respublikasının diplomatik pasportu ilə gedib.

Onu da deyək ki, əslən Soçidən olan Tatulyan SPA-otel "Vesna" direktorlar şurasının həmsədri və onun sahiblərindən biri, həmçinin "Novıy vek-media" şirkətinin prezidentidir.

Tatulyanla birgə həbs edilənlər arasında kriminal aləmdə yaxşı tanınan Qayoz Zviadadze, Qela Kardava, Dmitri Zabrodin də var.

DİGƏR XƏBƏRLƏR

Top