Ukrayna Rusiyanı “sanksiya yağışına” tutdu

Ukrayna Prezidenti Petro Poroşenko sanksiyaların tətbiq edildiyi Rusiya vətəndaşları və şirkətlərinin siyahısının genişləndirilməsi haqqında Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarını işə salıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, P. Poroşenkonun bu fərmanı ilə sanksiyaların qüvvədə qalma müddəti uzadılıb. Genişləndirilmiş sanksiya siyahısına 1228 fiziki şəxs və 468 hüquqi şəxs daxil olub. Hüquqi şəxslərə qarşı sanksiyaların müddəti 1 ildən 3 ilədək, fiziki şəxslər üçün isə 1 il, 3 il, 5 il və müddətsiz artırılıb. Siyahıda Rusiya Dövlət Dumasının bəzi deputatları yer alıb – Aleksey Juravlyov (“Yedinaya Rossiya”, Vladimir Rodin, Vladimir Bessonov, Aleksandr Kulikov (KPRF), Aleksey Didenko (LDPR), Mixail Bryaçak və Oleq Paxalkov (“Spravedlivaya Rossiya”. Onların Ukrayna ərazisinə girişi 1 il müddətinə qadağan edilib.

Bundan başqa, rəsmi Kiyev Rusiyanın bəzi KİV-lərinə qarşı üç il müddətinə məhdudiyyətlər tətbiq edib- “Rossiya seqodnya” MİA, “Zvezda” və TV Tsentr”, Neşeqo radio, NTV plyus, RenTV, RBK telekanalları. Sanksiyalar bu mediaların aktivlərinin bloka alınmasını nəzərdə tutur. Digər tərəfdən “Yandeks” şirkətinə münasibətdə 3 il müddətinə sanksiyalar tətbiq edilib. “Laboratoriya Kasperskoqo” və onun Kiyev bölməsi, habelə “Doktor Veb” şirkəti məhdudiyətlərə məruz qalıb. Həmçinin, ukraynalılara “Vkontakte”, “Odnoklasniki” sosial şəbəkələrinə və “Mail.ru” resurslarına giriş qadağan edilib.

DİGƏR XƏBƏRLƏR

Top