“Real”ın futbolçusu “Mançester Yunayted”lə anlaşdı

“Real”ın yarımmüdafiəçisi Hames Rodrigesin yeni komandasının adına aydınlıq gəlib. İspaniya mətbuatının məlumatına görə, kolumbiyalı futbolçu karyerasını İngiltərədə davam etdirəcək. “Kral klubu”nda əsas heyətə düşə bilmədiyi üçün ayrılmaq qərarına gələn Hames “Mançester Yunayted”lə anlaşıb. “Qırmızı şeytanlar” qarşı tərəfin bu keçid üçün tələb etdiyi 75 milyon avronu ödəməyə də razılıq veriblər. Premyer Liqa təmsilçisi bu transferi mayın 21-də rəsmən bəyan etməyə hazırlaşır. Qeyd edək ki, Hames Rodriges “Real”a 2014-cü ildə “Monako”dan keçib.Apasport

DİGƏR XƏBƏRLƏR

Top