Bakının mərkəzində 2 nəfər ölümdən xilas edildi - TƏFƏRRÜAT

Bakıda intihara cəhd edən 2 nəfər xilas edilib. Dünən axşam saatlarında Dənizkənarı Milli Park ərazisində özünü dənizə atan 32 yaşlı Rəna Rəcəbova mühafizəçilər tərəfindən xilas edilib. Məlum olub ki, onun həyat yoldaşı ilə problemləri var və ailədə tez-tez münaqişələr baş verir.

Bundan başqa dünən Dağüstü Parkda özünü ağacdan asan 23 yaşlı Adil Qurbanov ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən xilas edilib. O bildirib ki, atası ilə münasibətləri yaxşı olmadığı üçün özünü öldürmək istəyib.

Hər iki faktla bağlı araşdırma aparılır.lent.az

DİGƏR XƏBƏRLƏR

Top