Azərbaycanda uzunömürlülüyün sirləri öyrənilir VİDEO

Azərbaycanda uzunömürlülüyün sirləri öyrəniləcək, sağlam qocalma mexanizmləri müəyyənləşdiriləcək.

"Yeniavaz.com" "Xezerxeber.az"a istinadən xəbər verir ki, bunun üçün Azərbaycan Milli Elmlər Akademiyasının Fiziologiya İnstitutu Rusiyanın Biotənzimləmə və Herentologiya İnstitutu ilə əməkdaşlığa başlayıb. İnstitutun aparıcı elmi işçisi Sevinc Hüseynova deyir ki, bu tədqiqatlar erkən qocalmanın da qarşısının alınmasında əhəmiyyətli rol oynayacaq.

Araşdırmalarda fizioloqlarla yanaşı, tibb alimləri də iştirak edəcək. Tədqiqatlarda ekoloji faktorlardan tutmuş, qidalanma, sosial durum kimi bütün amillər araşdırılacaq. Alimlər tədqiqatların ahıl insanların həyat keyfiyyətinin artırılması üçün mexanizmləri ortaya qoyacağından əmindirlər.

Tədqiqatlara cənub bölgəsindən başlanılıb və bütün bölgələri əhatə edəcək.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

uzunomur

DİGƏR XƏBƏRLƏR

Top