Gürcüstan prezidenti NATO məsələsində Slovakiya rəhbərindən dəstək istəyib

Gürcüstanda NATO-ya üzv olmaq prosesi yeni mərhələyə qədəm qoyub. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, NATO-ya üzv olmaq niyyətində olduğunu gizlətməyən Gürcüstan bu quruma üzv bütün ölkələrin dəstəyini almaq istəyir. Bu müstəvidə də Slovakiyada səfərdə olan Gürcüstan prezidenti Georgi Marqvelaşvili adı çəkilən ölkənin rəhbəri Andreem Kiskodan NATO məsələsində yardım istəyib: "Gürcüstan Avropa ilə həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə hərtərəfli inteqrasiya yolu tutub. Rusiya beynəlxalq hüquq normalarını kobud şəkildə tapdalayaraq əzəli ərazilərimiz olan Abxaziya və Cənubi Osetiyanı işğal edib. Biz Rusiyadan gələn təhlükə ilə əlaqədar NATO-nun yardımına ümid edirik. Gürcüstanın təhlükəsizliyinin təmin edilməsi yalnız özündən deyil, həm də NATO-nun ona verdiyi dəstəkdən asılıdır. Biz bütün hallarda NATO-ya üzv olmaq üçün əlimizdən gələnləri edirik. Ona görə də qarşıdan gələn NATO sammitində bu quruma üzv bütün ölkələrdən, o cümlədən Slovakiya rəhbərliyindən Gürcüstana dəstək istəyirik".

DİGƏR XƏBƏRLƏR

Top