Tramp İsrailə 900 nəfərlə gedəcək

ABŞ Prezidenti Donald Tramp gələn gəftə İsrailə 900 nəfərdən ibarət heyətlə səfər edəcək. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, İsrail Polis İdarəsinin sözçüsü Miku Rosenfeld bildirib ki, D. Trampın təhlükəsizliyini 10 min polis təmin edəcək. Onun sözlərinə görə, mayın 22-nə planlaşdırılan səfər zamanı Amerika polisi ilə koordinasiya şəklində fəaliyyət göstəriləcək. Qeyd edilir ki, 900 nəfərlik heyəti 70 nəqliyat vasitəsi daşıyacaq. D. Trampın səfərinin əsas mövzusu İsrail-Fələstin arasında sülh danışıqlarının yenidən başlaması olacaq.

DİGƏR XƏBƏRLƏR

Top