"Bu, seçki deyil, həyasızlıq idi"

Yerevan şəhər ağsaqqallar şurasınıa keçirilən seçkilər ölkədə ciddi narazılılqara səbəb olub. "Yeniavaz.com"un 1in.am-a istinadən verdiyi məlumata görə, Ermənistanın tanınmış insan hüquqları müdafiəçisi Janna Aleksanyan Birinci İnformasiya kanalına verdiyi müsahibəsində seçkiləri Sarkisyan rejiminin növbəti oyunu adlandırıb: "Bu, seçki deyil, həyasızlıq idi. Ermənstanda istənilən seçkilər faktiki olaraq iqtidarda olan güclərin hakimiyyətinin qorunub saxlanılmasına xidmət edir. Onlar seçkiləri saxtalaşdırmaqdan, seçiciləri pulla ələ almaqdan, buna etiraz edənlərə qarşı zorakılıqlara əl atmaqdan çəkinmirlər. Onlar özlərinin cəzasız qalacaqlarını düşünürlər. Nə qədər ki, Sarkisyan rejimi hakimiyyətdədir, o qədər də ölkədə demokratiyadan, demokratik seçkilərdən danışmaq mümkün olmayacaq".

Jannna Aleksanyan Yerevan ağsaqqallar şurasına keçirilən seçkiləri də demokratiya adına ləkə adlandırıb: "Nə qədər həyasız olasan ki, hətta özün, siyasi hakimiyyətin üçün hər hansı təhlükə vəd etməyən ağsaqqallar şurasına seçkiləri belə saxtalaşdırmaqdan çəkinməyəsən. Bu, Ermənistan üçün biabırçılıq deməkdir".

DİGƏR XƏBƏRLƏR

Top