Tamerlan Abdullayev yarımfinala yüksəlib

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının boks yarışlarında 69 kq çəki dərəcəsində 1/4 final mərhələsinə start verilib. Azərbaycan Boks Federasiyasından "Yeniavaz.com"a verilən məlumatda bildirilir ki. Azərbaycan millisinin bu çəki dərəcəsindəki təmsilçisi Tamerlan Abdullayev yarışda ikinci döyüşünə çıxıb. O, qətərli Tulasimaraam Tarumalinqamla gücünü yoxlayıb. Görüş boksçumuzun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.şAbdullayev mayın 17-də baş tutacaq yarımfinalda qazaxıstanlı İlya Oçkinlə döyüşəcək. Qeyd edək ki, Abdullayevədək Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq) və Teymur Məmmədov (91 kq) da 1/2 finala vəsiqə qazanıblar.

DİGƏR XƏBƏRLƏR

Top