Qazax rayonunda avtomobil yolu yenidən qurulur - VİDEO

Qazax rayonunun Çaylı-Təzəkənd avtomobil yolu əsaslı şəkildə yenidən qurulur. IV texniki dərəcəyə uyğun yenidən qurulan və uzunluğu 6 km olan yolun torpaq yatağının eni 10 m, hərəkət hisəsinin eni isə 6 m təşkil edir. Çiyinlərin eni müvafiq olaraq 2 metrdir. "Azəravtoyol" ASC-dən verilən məlumata görə, təmir-tikinti işləri çərçivəsində yolboyu torpaq işləri görülüb, yeni yol yatağı inşa edilib və birqat olmaqla asfaltlanma işləri aparılıb. Ümumilikdə isə yolun 36 min kv.m sahəsinə ikiqat olmaqla 12 sm qalınlığında asfalt-beton örtüyünün döşənməsi nəzərdə tutulub. Yenidənqurma işləri tam yekunlaşdıqdan sonra zəruri olan yerlərə 50 ədəd yol nişanı və 17 ədəd müxtəlif diametrli suötürücü borular quraşdırılacaq, 18 min metr xətlənmə işləri aparılacaq.

Qazax yol

DİGƏR XƏBƏRLƏR

Top